Vətəninə və musiqi sənətinə həsr olunmuş bir həyat

Vətəninə və musiqi sənətinə həsr olunmuş bir həyatBəzən elə insanlar vardır ki, onların gördüyü işlər, göstərdiyi fədakarlıq səssiz, təmənnasız olur, amma qəlblərdə dərin iz buraxır. Gülnarə Səfərova məhz belə insanlar sırasında xüsusi yer tutur. Onun illərdir yeni nəsillərin musiqi təhsilinə, mənəvi vətənpərvər yetişməsinə sərf etdiyi böyük əmək, sevgi və sədaqət Azərbaycan musiqisinin və gəncliyinin inkişafında əvəzsiz iz buraxıb.
Gülnarə xanım öz həyat yolunda daim ülvi dəyərlərə bağlı olub. Onun fəaliyyətində məqsəd heç vaxt şəxsi mənafelər üzərində qurulmayıb. Əksinə, o, daim cəmiyyət üçün çalışan, gənclərə yol göstərən, onlara ruh və ümid verən bir müəllim, rəhbər və bələdçi kimi tanınıb. Vətən sevgisini, milli musiqiyə dərin məhəbbəti o qədər böyük bir şövqlə ötürüb ki, bu sevgi illərdir onun yetişdirdiyi tələbələrin ürəklərində yaşamağa davam edir.
Bu fədakar fəaliyyət, təbii ki, təsadüfi deyil. 
Gülnarə Səfərovanın mənəviyyatının bünövrəsi onun ailəsindən, valideynlərindən gələn yüksək tərbiyə və dəyərlərdir. Onun böyüdüyü mühitdə daim vətənə xidmət, ləyaqət, dürüstlük və milli irsə bağlılıq ön planda olub. Valideynləri də hər zaman Azərbaycan üçün fədakar xidmət göstərmiş, bu ülvi amalın ən gözəl nümunələrini övladlarına ötürüblər. 
Elə buna görə də o hər zaman böyük qürur və məsuliyyət hissi ilə ölkəsinə və musiqi dünyasına xidmət edir.
Bu gün Gülnarə Səfərova təkcə rəhbəri oldugu 6,12 nömrəli musiqi məktəbinin yox, dəyərli müəllim deyil, həm də bir tərbiyəçi, əsl vətənpərvər və gələcəyin qurucularını yetişdirən bir yol göstərən şəxsiyyətdir. Onun tələbələri yalnız peşəkar musiqi bacarıqları ilə deyil, həm də vətənpərvər ruhları, milli dəyərlərə bağlılıqları ilə seçilirlər. 
Bu da bir daha göstərir ki, Gülnarə xanım onlara təkcə musiqi sənətini deyil, eyni zamanda Azərbaycan sevgisini də aşılayır.
Belə fədakar insanların fəaliyyəti bizə bir daha xatırladır ki, cəmiyyətin inkişafı üçün zəhmət çəkmək, gələcək nəsillərə dəyərli töhfələr vermək heç bir şəxsi məqsəd olmadan da mümkündür. Əsas olan ürəkdən gələn sevgi və fədakarlıqdır.
Azərbaycan cəmiyyəti onun timsalında əsl vətəndaş, nümunəvi pedaqoq və vətənsevər şəxsiyyətin necə olmalı olduğunu görür. / azxeber.com

Sosial       Tarix: 30 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Şişkinliyə qarşı 6 məhsul: Nə yemək və nə içmək lazımdır?

Qarın şişkinliyi milyonlarla insanın vaxtaşırı qarşılaşdığı bir problemdir. Mütəxəssislərin məlumatına görə, dünya əhalisinin təxminən 18%-i bu narahatlığı həftədə ən azı bir dəfə yaşayır və qadınlar bundan kişilərə nisbətə

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, onu

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 93,41 dollara, yüngül neftin bir barreli isə 90,16 dollara təklif edilir

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır"

Azərbaycanın xarici dövlət borcu azalıb

2026-cı il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ölkənin xarici dövlət borcu ötə

"Son zəng"də bunlar qadağandır - Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar bugunun xeberleri cəbhədən görüntülər ən son xəbərlər