"Veysəloğlu Distribusiya" şirkəti "Dəyərlərimizin izi ilə" devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Veysəloğlu Distribusiya" şirkəti 160 nəfərlik rəhbər heyətin iştirakı ilə 23–24 avqust tarixlərində Şuşa şəhərində "timbildinq" formatında genişmiqyaslı tədbir keçirib.
azxeber.com xəbər verir ki, "Dəyərlərimizin izi ilə" adlı tədbirin əsas məqsədi şirkətin rəhbər prinsipləri olan birlik və bütövlük, təşəbbüskarlıq, məsuliyyət, ədalət və etibarlılıq kimi dəyərləri möhkəmləndirmək, komandadaxili həmrəyliyi artırmaq və gələcək fəaliyyətə motivasiya qazandırmaq olub.
23 avqust tarixində səhər saatlarında Şuşaya doğru yola düşən iştirakçılar üçün səfər zamanı interaktiv oyunlar təşkil olunub. Şuşaya çatdıqdan sonra mədəni tur proqramı çərçivəsində Mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalasının divarları və Cıdır düzü ziyarət edilib.
Axşam saatlarında keçirilən qala gecəsinin açılışını Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov edib, komandaya öz xoş sözlərini çatdırıb.
Gecədə tanınmış ifaçılar vətənpərvər repertuarla çıxış ediblər. Proqramın ikinci hissəsində "stand-up" ustası Fəqan Məmmədov səhnəyə çıxıb, tədbir DJ performansı ilə başa çatıb. Gecədən sonra iştirakçılar üçün müxtəlif stolüstü və interaktiv oyunlar təşkil olunub.
24 avqust tarixində isə Xankəndi turu çərçivəsində şəhərin müxtəlif tarixi məkanları ziyarət olunub, Qarabağın mədəni irsi və təbiəti ilə yaxından tanışlıq təmin edilib.
İki gün davam edən tədbir rəhbər heyət üçün həm mənəvi, həm də komanda ruhunu gücləndirən önəmli bir platforma kimi yadda qalıb.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam