"Veysəloğlu"nun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib. Görüş zamanı mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub. Tədbirdə VŞQ-nin müxtəlif strukturlarını təmsil edən rəhbər şəxslər iştirak ediblər.
Müzakirələr zamanı əməkdaşlığın yalnız qida təhlükəsizliyi sahəsi ilə məhdudlaşmadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, gələcəkdə - vergi, gömrük və digər biznesi maraqlandıran sahələrdə qarşılıqlı fəaliyyət, müvafiq sahələrə nəzarət edən dövlət qurumları ilə əlaqələrin təkmilləşdirilməsi istiqamətində addımlar atılması nəzərdə tutulur.
Görüşdə həmçinin qeyd edilib ki, AQİSA 300-dən artıq sahibkarı özündə birləşdirən və onların maraqlarını müxtəlif istiqamətlərdə təmsil edən geniş bir platformadır. Eyni zamanda vurğulanıb ki, Assosiasiyanın əsas missiyalarından biri üzv şirkətlərin çağırışlarını  vahid mövqedən dövlət qurumlarına çatdırmaq və bu məsələlərin açıq dialoq yolu ilə həllinə dəstək olmaqdır. Xatırladılıb ki, dövlət-özəl sektor dialoqunda fəal iştirak, AQİSA-nın sahibkarlarla dövlət arasında mühüm bir körpü rolunu yerinə yetirməsinə şərait yaradır. Bu yanaşma, sektorun şəffaf, dayanıqlı və innovativ inkişafına töhfə verməklə yanaşı, hər bir üzv şirkətin fərdi maraqlarının qorunmasına da xidmət edir.
Veysəloğlu Şirkətlər Qrupu, AQİSA ilə əməkdaşlıq çərçivəsində gələcəkdə də qida təhlükəsizliyi, texniki tənzimləmə, ixrac təşviqi və digər strateji sahələr üzrə təşəbbüsləri dəstəkləməyə, həmçinin yüksək standartlara uyğun fəaliyyətini genişləndirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi "Ümumdünya Qida Təhlükəsizliyi Günü" kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, eyni zamanda qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.
Veysəloğlu Şirkətlər Qrupu  bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində "Qida Təhlükəsizliyi Ayı" kimi elan edib.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 01 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele