Vəzifəyə təyin edilən Mehriban Ələkbərzadənin DOSYESİ
Bu gün mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbər təyin edilib.
azxeber.com M.Ələkbərzadənin dosyesini təqdim edir:
O, 1965-ci il avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və 17 saylı orta məktəbi bitirib.
Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.
İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessi Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.
O, "Azdrama"da "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir qətlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb.
2003-cü ildə Naxçıvan MR-in "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-22-ci illərdə Azərbaycan Dövlət "Yuğ" teatrının baş rejissor kimi fəaliyyət göstərib.
2022-ci ildən 2023-cü ilin may ayına kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.
O, müxtəlif Prezident mükafatlarına layiq görülüb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi