"Vəziyyət bir qədər başqadır" - İqtidarla xalq arasında nə baş verir?

"Artıq qardaş ölkədə seçkiyə bir aydan az vaxt qalıb. Bu seçkilər region üçün önəm daşıyır. Çünki hazırki iqtidarın seçilməyəcəyi halda Türkiyənin geosiyasi davranışları və müttəfiqlərinə dəstək səviyyəsi dəyişə bilər. Danılmazdır ki, indiki Türkiyə hakimiyyəti Azərbaycana Qarabağ məsələsinin həllində və bir çox geosiyasi təzyiqləri dəft etməkdə əvvəlkilərlə müqayisədə daha güclü dəstək verib. Düzdür bu həmişə belə olmayıb. Münasibətlər son 10 ildə bu səviyyəyə çatıb. Daha əvvəl xatırlayırsınızsa, Sürix Protokolları, Türk Şəhidliyində bayraqların endirilməsi, məscidin bağlanması və Türkiyəyə satılan qazın qiymətinə yenidən baxılma kimi xoşagəlməz hallar yaşanmışdı".
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Əli Məhərrəmli facebook hesabında maraqlı mövqe bildirib.
Daha sonra o əlavə edib:
"Türkiyə ictimai fikrinin Azərbaycan faktoruna münasibətinə gəlincə isə burada bərabər statuslardan danışmaq çətindir. Türk toplumu bizə münasibətdə yuxarı-aşağı bizim orta Asiya türklərinə münasibətimizdən bir tık üstü mövqe sərgiləyib hər zaman. Yəni dostluq və qardaşlığa eyni səviyyəli üfiqi deyil, bir az şauquli münasibət hiss olunub. Böyük-kiçik qardaş yanaşması.
Ümumilikdə Türkiyənin daxili siyasətində olan təlatümləri və xarici təzyiqləri analiz edəndə görürsən ki, bu seçkidə qalib gəlmək əvvəlkilər kimi asan olmayacaq. Son illər baş vermiş iqtisadi dalğalanmalar, suriyalı qaçqınların ölkədə yaratdığı sosial narazılıqlar və bir neçə ay əvvəl baş vermiş zəlzələdən sonra formalaşan ictimai əhval-ruhiyyə vəziyyəti bir qədər mürəkkəbləşdirib.
Seçkili sistemlərdə bu kimi hallar tarixən yaşanıb və seçici iqtidarın əvvəlki uğurlarını görməzdən gələ, ümumumiyyətlə yetərsiz hesab edə bilər. Son günlər qardaş Türkiyədə milli peyk, yeni qaz yatağı, yerli döyüş təyyarəsi kimi seçkiöncəsi təbliğat komponentləri nümayiş olunsa da, toplumun patriotik psixoloji vəziyyəti əvvəlki illərdən fərqlidir. Bəzən sadə xalq bu kimi uğurlara məişət müstəvisindən yanaşaraq "o peyk mənim qarnımı doydurmur" düşüncəsi ilə seçkiyə gedir. Bəzən isə hansısa ideoloji lozunqa sarılaraq ağına-bozuna baxmadan dəstək verir. Məsələn: İkinci dünya müharibəsinin qaliblərindən olan Vinston Çerçil 1945-ci ilin mayında, məhz qələbə ərəfəsində keçirilən seçkilərdə məğlub oldu. Xalq savaşdan qalib çıxmış sərkərdəni yenidən seçmədi.
Şərq ölkələrində iqtidarlara xal qazandıran ən vacib faktor vahid düşməndir. Xalq hər zaman vahid düşmənlə mübarizə fonunda iqtidara dəstək olur, ya da çox güclü ideoloji dəyər ətrafında birləşir. Əvvəlki illərdə Türkiyədə keçirilmiş seçki kampaniyalarında PKK, İsrail, Suriya mövzuları və İslam dininin ideoloji imkanları bu kontekstdə istifadə olunub. Bu seçkilərdə isə vəziyyət bir qədər başqadır…
Hər bir halda nəticələrin dost və qardaş Türkiyəmiz üçün xeyirli olmasını, sülh və əminamanlıq içində yaşamalarını arzu edək. Türkiyənin dırnağına daş dəyəndə bizim ürəyimiz yanır".
KONKRET.az

Siyasi       Tarix: 14 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler azerbaycan xeberleri son xeberler maliyye xeberler bugun xəbər.az valyuta mezennesi 2026 cəbhədən yeni xəbərlər