"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Səfərdə "Neftçi"yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi.
– Qışaqədərki "Neftçi"yə qarşı oynamaq çətin idi, yoxsa bugünkünə?
– Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün "Neftçi" aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi.
– Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsi ona nə dərəcədə təsir edəcək?
– Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi.
– Adətən, komandalar mövsümün ikinci yarısında mübarizəyə daha hazır olmaq üçün heyəti genişləndirir, gücləndirir. Bu mövsüm isə klublarımız qış transfer bazarında aktivlik göstərmədi. Bunu nə ilə əlaqələndirirsiniz?
– Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca, seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında oynayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara… Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil.
– "Zirə" bu gün meydana qələbə üçün çıxmışdı, yoxsa heç-heçə üçün?
– "Zirə" qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib "Neftçi"dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna hazırlasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil.
– Üçüncü pillə sizi razı salır?
– Bəli, razı salır.

İdman       Tarix: 24 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun son xeber 2026 bugunun xeberleri cəbhədən xəbər