Vilyam Hacıyevin İmişlidəki evindən 10 min manat götürüldü

Vilyam Hacıyevin İmişlidəki evindən 10 min manat götürüldüİmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Sənədlərdə qeyd olunub ki, Vilyam Hacıyevin icra başçısı olduğu müddətdə mənzil növbəsində olmayan bir neçə nəfərə qanunsuz mənzillər verilib.
Bundan başqa, İcra Hakimiyyəti tərəfindən sosial-kirayə müqavilələri bağlanması və icarə-torpaq sahələrinin verilməsi ilə bağlı qanunsuz sərəncamlar olub.
Sabiq icra başçısının vəkili Elmar Kərimov sərəncamlarla bağlı epizoda etiraz edib. Vəkil sözügedən sərəncamların qanuni şəkildə verildiyini, məhkəmə istintaqı zamanı heç bir şahidin sərəncam almaq üçün pul verdiyini açıqlamadığını deyib.
Vilyam Hacıyev də verilən sərəncamların qanuni olduğunu bildirib: "Əgər o sərəncamlar qanunsuzdursa, nəyə görə, iddia qaldırıb ləğv etmirlər?"
Daha sonra İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevin vətəndaşlardan alınan məbləğlərin göstərildiyi qeyd dəftəri elan olunub.
Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov baş mühasibin qeyd dəftərinin rəsmi sənəd kimi qəbul olunmasına etiraz edib. Vəkil Cəmil Musayevin kiminlərləsə əlaqələrinin olmasının müvəkkilinə heç bir aidiyyatı olmadığını deyib: "Cəmil Musayev 2017-ci ildən özü qeydlər aparıb.
Onun hazırladığı qeyd dəftəri rəsmi sənəd hesab oluna bilməz. Sənədin altında möhür, imza olur, düzgün adam idisə qanunsuz işlər aparılması ilə bağlı vaxtında hüquq-mühafizə orqanlarına müraciət edərdi".
Vilyam Hacıyev də qeyd dəftərində yazılanları "boş şeylər" adlandırıb.
Vəkil, həmçinin pulları Cəmil Musayevin özünün aldığını bildirib:
"Bu adamın evində axtarış aparılmayıb, pulları hara qoyması araşdırılmayıb".
Hakim bununla bağlı məsələyə hüquqi qiymət veriləcəyini deyib. Bundan başqa, sənədlərdə qeyd olunub ki, istintaq orqanı tərəfindən aparılan baxış zamanı Vilyam Hacıyevin İmişli rayonunun "Şəkər zavodu" adlanan ərazisində yerləşən evindən 10 min manat pul götürülüb.
Müdafiə tərəfi bununla bağlı məsələyə münasibət bildirməyib.
Proses iyunun 20-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Sosial       Tarix: 18 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler cəbhədən ən son xəbərlər xabar az xeberler azerbaycan