Vladimir Putinin Azərbaycan səfəri: Aysberqin görünən və görünməyən tərəfləri

Vladimir Putinin Azərbaycan səfəri: Aysberqin görünən və görünməyən tərəfləriAvqustun 18-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəlib. Səfərin dünyanın bir çox regionlarında hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox regionlarında lokal müharibələrin getdiyi, lakin onların hər an qlobal müharibəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda baş verməsi böyük maraq doğurur. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan dialoqu, Rusiya –Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında gərginlik və s. Bütün bunların hamısı ya birbaşa, ya da dolayısı ilə Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Və bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq əlbəttə ki, böyük səriştə və siyasi bacarıq tələb edir.
Son illərin çılğın siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın öz şəksiz lideri İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilərik: davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və s. ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir dövlətin mənafeyinə uyğundur ki, onlardan biri də Rusiyadır.
Lakin bu gün şimal qonşumuzun başı dardadır. İki ildən artıq bir müddətdə Ukrayna ilə davam edən müharibə (bu müharibənin səbəbləri, kimin haqlı, kimin haqsız olması başqa bir mövzunun söhbətidir), bu müharibə fonunda ABŞ və Qərbin tətbiq etdiyi öldürücü sanksiyalar, ən aparıcı dövlətlərin üz döndərməsi və s. dünyanın ikinci nəhəng dövlətini əməlli-başlı çətin vəziyyətə salıb. Əsas gəlirləri enerji resurslarının ixracından formalaşan Rusiya, indi misli görünməmiş maliyyə böhranı ilə üzləşib.
İş o yerə gəlib çatıb ki, əsrlər boyu yedirdib-içirtdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da ondan üz döndərib...
Hər şeyə rəğmən darda, çətində olana zərbə vurmaq Azərbaycana xas davranış deyil.(burada tarixi qurdalamaq istərdik, lakin...) 
Biz Ukrayna ilə də dostluq münasibətlərimizi qoruyub saxlamaq, onun ərazi bütövlüyünü dəstəkləmək, humanitar yardımlarımızı əsirgəməmək şərtilə, Rusiya ilə də qarşılıqlı-faydalı əməkdaşlıqdan imtina etmirik. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. 
Uzağa getməyək, təkcə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu ilin ilk altı ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib. Enerji sahəsində də əməkdaşlıq inkişaf edir. Rusiya və Azərbaycan şirkətləri Xəzər dənizinin şelfində də daxil olmaqla, neft və qaz hasilatı ilə məşğuldurlar. 
Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də sanksiyalar altında əzilən Rusiya üçün mühüm əhəmiyyət kəsb edir.
Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və ölkələri iə yaxşı əlaqələri vardır. Ölkəmiz həm BRİKS, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) kimi platformalarda iştirak edir, həm də ATƏT, NATO, Avropa İttifaqı və Qərbin digər qurumları  ilə (kiçik istisnalarla) münasibətləri kəmiyyət və keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. 
Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Bu gün Bakıda iki ölkə liderləri arasında imzalanan sənədlər və qəbul edilən birgə Bəyannamə də fikirlərimizi təsdiq edir. İqtisadi, humanitar, elm, təhsil və mədəniyyət əlaqələrin inkişafından tutmuş, siyasi, regional və qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da əksini tapdığı Bəyannamə, fikrimizcə Azərbaycan-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı, bir yol xəritəsi deməkdir.  
Lakin bütün bunlar heç şübhəsiz ki, Vladimir Putinin Azərbaycan səfərinin yalnız görünən tərəfləridir. Əlbəttə ki, liderlər bağlı qapılar araxasında keçirilən təkbətək görüşdə hər iki ölkəni maraqlandıran bir çox regional və qlobal problemləri, o cümlədən Rusiya-Ukrayna müharibəsini də danışıb, bu böhrandan çıxış yollarını müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin və məsləhətləşmələrin müsbət nəticələrini görə bilərik.
Fərid Şahbazlı,
Siyasi şərhçi  / azxeber.com

Siyasi       Tarix: 21 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sou xeberler bugun xeber.az en son xeber