TƏCİLİ! Putin yay hücumuna başlayır – DƏHŞƏTLİ SSENARİ
Britaniyanın nüfuzlu The Economist jurnalı Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən Rusiya Prezidenti Vladimir Putinin yay aylarında Ukraynaya qarşı genişmiqyaslı hücum kampaniyasına başladığını yazır.
KONKRET.az xəbər verir ki, Konstantinovka və qonşu Pokrovsk Rusiyanın yay kampaniyasının əsas hədəflərinə çevriləcək. Eyni zamanda, Sumı vilayəti ilə bağlı ciddi narahatlıqlar var. Rusiya qoşunlarının vilayət mərkəzinə doğru yavaş templə irəlilədiyi bildirilir.
Jurnal qeyd edir ki, müharibənin əvvəlindən bəri ilk dəfədir ki, Rusiya ordusu şimal cəbhəsində – əsasən Ukrayna-Sumı sərhədində – Donbasla müqayisə ediləcək qədər ərazi qazanır. Bu irəliləyişin əsas səbəbi isə Ukrayna müdafiə xəttlərinin müasir dron texnologiyasına qarşı dayanıqlı olmamasıdır.
Ukrayna kəşfiyyatına görə, Rusiya yaxın həftələrdə "təhlükəsizlik zonası" adlandırılan ərazini formalaşdırdıqdan sonra diqqətini yenidən Donbasın cənubuna və Zaporojye vilayətinə yönəldəcək. Məqsəd uzunmüddətli tükəndirmə müharibəsi apararaq Ukraynanın müqavimətini zəiflətməkdir.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO