"Volkswagen" Rusiyadakı zavodu üçün alıcı AXTARIR
Alman avtomobil istehsalçısı "Volkswagen" (VW) Kaluqadakı zavodu üçün investor axtarır.
KONKRET.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" (FAZ) nəşri mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, şirkət rəhbərliyi bunun yeganə çıxış yolu olduğu qənaətinə gəlib.
Şirkətdən bildirilib ki, onlar Rusiya bizneslərinin gələcəyi üçün müxtəlif variantları, o cümlədən üçüncü tərəflərə satmağı nəzərdən keçirirlər, lakin hələlik qərar verilməyib.
Qeyd edək ki, "Volkswagen" bir çox xarici avtomobil istehsalçıları kimi Rusiyada istehsalı dayandırıb. Keçən həftə "Nissan" Rusiyadakı fabriklərini satmağı planlaşdırdığını, "Toyota" isə ölkədə istehsalı dayandırdığını açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var