Vosmoy" bazarında arvadını öldürmək istəyənə bu cəza verildi
Bu ilin yanvarında Nizami rayonunun Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında ("Vosmoy") həyat yoldaşını qətlə yetirməyə cəhd etmiş şəxsin məhkəməsi yekunlaşıb.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 36 yaşlı Pənah Şükürov Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib. Bazarda satıcı işləyən arvadı, 1991-ci il təvəllüdlü A.Şükürovanı qısqanan şəxs onun iş yerinə gələrək qadına hücum edib. O, bazarda insanların gözü qarşısında arvadının boğazını kəsərək öldürməyə cəhd edib. Bu zaman arxası üstə yerə yıxılan qadın aktiv müqavimət göstərib dizlərini boğazına sıxaraq ərinin onu öldürməsinə imkan verməyib. Qadın diz, bud, sağrı və əl nahiyələrindən bir neçə xəsarət alıb.
Hadisə zamanı bazarda olan şəxslər dəmirlə Pənaha zərbələr endirərək onu çətinliklə arvadından uzaqlaşdırıblar.
Məhkəmənin hökmü ilə P.Şükürova 11 il 3 ay həbs cəzası verilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi