Vüqar Oruc: "İlham Əliyev təkcə dövlət başçısı yox, həm də milli liderdir

Vüqar Oruc: Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Yeni Azərbaycan Partiyasının 2021-ci il 4 mart tarixli VII qurultayında bu partiyaya birləşmiş Milli Qurtuluş Partiyasının keçmiş sədri Vüqar Oruc 7 fevral 2024-cü il tarixli prezident seçkiləri ilə bağlı mövqeyini bildirib.
Vüqar Oruc bildirib ki, xalqların taleyinə təsir göstərən həlledici faktorlarlardan biri, bəlkə də birincisi lider amilidir. Onunn sözlərinə görə, tarixi, siyasi, coğrafi şəraitdən, siyasi sistemin xarakterindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir:
"Liderlik iradə, qətiyyət, ardıcıllıq tələb edir və yalnız bunu bacaran siyasi şəxsiyyətlər tarixdə iz qoyurlar. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrünə nəzər yetirsək, bu dövr tariximizin inkişaf, rifah və zəfər dövrüdür". 7 fevral prezident seçkiləri ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc bu fikirləri söyləyib. AQC sədri qeyd edib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl, çoxvektorlu və instusional islahaların nəticəsində ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "2018-ci ilin Prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkə miqyasında köklü islahatlar aparılacaq. Bu islahatların nəticəsində hakimiyyət qolları yeniləndi. Bütün idarəetmə orqanları ilə yanaşı, özəl sektorun da fəaliyyətində dönüş yarandı. Təkcə son illərin iqtisadi nəticələrini təhlil etsək, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyevin praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın çağırışına cavab verib. Qanunvericilik bazasının təkmilləşdirilməsi, Rəqabət Məcəlləsinin qəbul edilməsi və digər normativ-hüquqi aktlar buna bariz misaldır. 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən şanlı Zəfər 30 illik tarixi həsrətimizə son qoymaqla bərabər, Azərbaycanın beynəlxalq miqyasda əhəmiyyətini daha da artırıb".
AQC sədrinin sözlərinə görə, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə kimi zəruri kompanentləri özündə birləşdirir: "Cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə türk dövlətləri arasında həmrəyliyin yüksəlməsi, tarixdə ən yüksək həddə çatması, İlham Əliyevi milli lider kimi səciyyələndirir. İlham Əliyev təkcə dövlət başçısı yox, həm də milli liderdir. Heç şübhəsiz ki, Azərbaycan xalqı 7 fevral seçkilərində cənab İlham Əliyevə səs verəcək, bununla da firavan gələcəyinə yenidən investisiya qoyacaq" – deyə, Vüqar Oruc fikrini tamamlayıb. / azxeber.com

Sosial       Tarix: 06 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler cəbhədən son xəbər cəbhədən son xəbərlər 2026