Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşdü - FOTOLAR

Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşdü - FOTOLARTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin qəbullarını həyata keçirir. Növbəti belə görüş oktyabrın 10-da Respublika Perinatal Mərkəzində baş tutub. 
azxeber.com xəbər verir ki, icraçı direktor ilk olaraq Suqovuşan-Ağdərə istiqamətində şəhid olan Ağayev Rəşad Rövşən oğlunun ailəsi ilə görüşüb, şəhidin tibb mərkəzində 8 aylıq dünyaya gələn bacısına baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
Vüqar Qurbanov daha sonra tibb mərkəzində yeni doğulan üçəmlərə baş çəkərək valideynlərinə övladlarının doğum şəhadətnamələrini yerində təqdim edib.
İcraçı direktor tədris fəaliyyətlərini Respublika Perinatal Mərkəzində davam etdirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra icraçı direktorun müavinləri, aidiyyəti departamentlərin rəhbərləri, tibb müəssisəsinin direktoru və rəhbər şəxslərin iştirakı ilə 7 nəfər tibb və qeyri-tibb personalı ilə təkbətək görüş keçirilib.
Sığortanın təşkili, ginekoloji, neonatoloji, reanimasiya və intensiv terapiya kimi xidmətlərin yaxşılaşdırılması, bu sahədə kadr potensialının gücləndirilməsi, avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat, xidmət əlçatanlığının təmin edilməsi, kadr çatışmazlığı, tibbi heyətin stimullaşdırılması, tibbi tullantıların utilizasiyası və s. kimi məsələlərlə bağlı müraciətlər dinlənilib.
Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti struktur bölmələrinə zəruri tapşırıqlar verilib.
Xidmət əlçatanlığının, keyfiyyətinin və pasiyent məmnunluğunun artırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirən Vüqar Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya, müəyyən etdiyi strateji xəttə uyğun olaraq bütün tibb müəssisələrində çalışan personalın əhalinin sağlamlığı istiqamətində TƏBİB tərəfindən müəyyən olunan hədəflərə nail olmaq üçün bundan sonra da əzmlə çalışmaqlarının vacibliyini vurğulayıb. O, qarşıdakı müddətdə mövcud çatışmazlıqların ətraflı təhlil olunaraq həlli istiqamətində intensiv və davamlı addımların atılacağını qeyd edib.
Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin Təhlükəsizlik bölməsində çalışan II Qarabağ müharibəsinin qaziləri İsmayılov Elvin Əli oğlu və Qəniyev Sadiq Rövşən oğlu ilə də görüşüb.
Ölkə başçısının müvafiq sərəncamları ilə İsmayılov Elvin Füzulinin, Xocavəndin azad olunmasına görə medalı, "Vətən Müharibəsi iştirakçısı" ordeni, Qəniyev Sadiq isə Füzulinin, Cəbrayılın azad olunmasına görə medal, eləcə də "Vətən Müharibəsi iştirakçısı" ordeni ilə təltif edilib.
Qəbulların məqsədi xəstəxana idarəçiliyinin və kadr potensialının yaxşılaşdırılması, eləcə də personalın rastlaşdığı problemlər, çatışmazlıqlarla yerində tanışlıq və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
Məlumat üçün bildirək ki, qəbulların TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində keçirilməsi nəzərdə tutulub.
Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşdü - FOTOLARVüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşdü - FOTOLARVüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşdü - FOTOLARVüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşdü - FOTOLAR

Sosial       Tarix: 11 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu siyaseti xeberler bugun bu gunun xeberleri xabar az