Vüqar Rəhimzadə: Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır

Vüqar Rəhimzadə: Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdırAzərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakı ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir
Dövlət başçısı İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir. Ənənəvi olaraq hər ilin fevral ayında  təşkil edilən Münxen Təhlükəsizlik Konfransı  beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu olmaqla yanaşı,  qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Azərbaycan forumun  illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Builki Münxen Təhlükəsizlik Konfransında ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə ediləcək. Bu mötəbər beynəlxalq tədbirə 800 nəfərdən çox iştirakçı rəsmi şəkildə dəvət olunub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev ilə  yanaşı, 40-dan çox ölkənin dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər. Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçıları arasında  Prezident İlham Əliyevin olması Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, möhtərəm Prezidentimizə göstərilən yüksək hörmət və etimadın əyani təsdiqidir. Konfrans çərçivəsində  ölkə Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
Münxen Təhlükəsizlik Konfransının məqsəd və məramına, missiyasına diqqət yetirdikdə Azərbaycana, Prezident İlham Əliyevə böyük dəyərin verilməsini şərtləndirən amillər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan qalib ölkədir. Dövlətimizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün son iki ildə atdığı addımlar göz önündədir. 30 il dünyaya ədalət çağırışını edən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, sadəcə onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Baxmayaraq ki, bu qətnamələr artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun üzvləri, eyni zamanda,  BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən olan ABŞ, Fransa və Rusiyanın iştirakı ilə qəbul edilmişdir, lakin onların icrası 30 il ləngidildi. Təbii ki, bu mühüm məqamlara diqqət yetirməyimiz səbəbsiz deyil. Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu  Münxen Təhlükəsizlik Konfransına  Azərbaycan daim ədalətin, beynəlxalq hüququn yanında olan ölkə kimi qatılıb və bu nüfuzlu platformadan istifadə edərək dünyaya mesajlarını çatdırıb.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin  konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi dövlətimizin başçısının qlobal səviyyəli lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisidir. Həmçinin  ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, "Orta Dəhliz" kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu effektiv tərəfdaşlıqlar, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq tədbirin maraq dairəsindədir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezdient İlham Əliyev fevralın 17-də  Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşdü, forum çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirak etdi. Bu görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək dəyərləndirildi. Bildirildi ki, ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki il bundan  əvvəl tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi  Azərbaycan-Avropa İttifaqı əlaqələrinə, həmçinin qurumun digər üzvləri ilə əməkdaşlığının hazırkı səviyyəsinə işıq salır. Hazırkı dövrdə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması, eyni zamanda,  işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində dost ölkələrin iştirakı məsələlərinin aktuallığı nəzərə alınaraq bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi üçün mövcud imkanlar müzakirə edildi. Dövlət başçısı İlham Əliyev alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin müəyyənləşdirildiyini,  bu sahədə ölkələrimiz arasında, o cümlədən alman şirkətləri ilə əməkdaşlıq üçün mövcud imkanları diqqətə çatdırdı. Ötən il  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında  imzalanan  enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, eyni zamanda, Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş"in əhəmiyyətindən bəhs edildi.
Vüqar  Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  ilk görüşlərdən Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu,  ölkəmizə, onun liderinə göstərilən etimad özünü aydın  şəkildə nümayiş etdirir. Bu, həm də onun göstəricisidir ki,  Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır. / azxeber.com

Siyasi       Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri son xabarlar son xeberler az azerbaycanda son xeberler