Vüsal Quliyevdən QHT-lərin Şuşa səfəri haqda - AÇIQLAMA
Son günlər ərzində Şuşa şəhərinə QHT-lərin geniş tərkibdə növbəti 2 səfəri gerçəkləşib.
azxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 200 QHT təmsilçisi və bloger iştirak edib. Onlar Cıdır düzündə, Şuşa qalasında, Vaqifin məqbərəsində, Cümə məscidində və Bülbülün ev muzeyində olubar.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Vüsal Quliyev azxeber.com-a açıqlamasında işğaldan azad olunmuş ərazilərə səfərlərin məqsədi barədə məlumat verib.
O bildirib ki, həm torpaqlarımız işğal altında olan zaman, həm də 44 günlük Vətən müharibəsi dövründə qeyri-hökumət təşkilatları çox böyük fəallıq nümayiş etdiriblər. Onlar müxtəlif beynəlxalq tribunalardan ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının qorunmasında, habelə onların həyat şəraitinin yaxşılaşdırılması və s. fəaliyyətlərdə ciddi səy göstəriblər:
"Bu gün Qarabağa səfərlər imkan verir ki, QHT-lər yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış olsunlar".
V.Quliyev bildirib ki, QHT-lər səfərlər zamanı ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Şuşa şəhərində aparılan quruculuq işləri ilə tanış olmaq imkanı əldə edirlər.
Sektor müdiri QHT-lərin bu günə qədər Qarabağa 10 səfərinin təşkil olunduğunu, bu səfərlərə ümumilikdə 1000-dən çox QHT təmsilçisinin cəlb edildiyini bildirdi. O qeyd edib ki, səfərlər bundan sonra da mütəmadi əsasda davam etdiriləcək.




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı