Welt: "Alman şirkətlərinin 40%-i bazarları tərk etmək məcburiyyətində qalıb"
Almaniyada müəssisələrin yarısı son vaxtlar enerji böhranının nəticələrinə görə planlaşdırılan investisiyaları həyata keçirə bilməyib, 39%-i isə hətta müəyyən bazarlardan tamamilə çəkilmək məcburiyyətində qalıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti beynəlxalq audit şirkəti "Ernst & Young" (EY) tərəfindən aparılan sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Araşdırmada Almaniyada yerləşən 100 iri şirkətin 760 meneceri iştirak edib.
EY-nin Qərbi Avropa regionundakı tərəfdaşı Konstantin Qall deyib ki, Almaniya iqtisadiyyatına təkcə enerji böhranı və inflyasiya təsir etmir, koronavirus pandemiyası da biznesi narahat etməyə davam edir.
Belə ki, sorğuda iştirak edən sahibkarların 53%-i pandemiya ilə əlaqədar qlobal pərakəndə satış şəbəkələrinin fəaliyyətində yeni pozulmaları ən böyük risk hesab edir ki, bu da bütün dünya ilə müqayisədə 9% çoxdur.
Bundan əlavə, Almaniyada şirkətlərin 60%-i yüksək inflyasiyanın onların fəaliyyətinə təsir etdiyini qeyd edib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var