"WikiLeaks"in qurucusu həbsxanada insult keçirdi
"WikiLeaks"in qurucusu Culian Assanj 2019-cu ildən həbsdə olduğu Londonun Belmarş həbsxanasında insult keçirib.
Publika.az xəbər verir ki, bu barədə bazar günü "Daily Mail" qəzeti onun nişanlısı Stella Morrisə istinadla məlumat yayıb .
Onun sözlərinə görə, insult oktyabrın 27-də Assanjın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı və ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın ümumi pisləşməsi səbəbindən baş verib.
Hadisə "WikiLeaks"in qurucusunun vəziyyətinə təsir edib:
"Onun sağ göz qapağı sallanıb, yaddaş problemi var və nevroloji zədələnmə əlamətləri müşahidə edilir. Assanj beynin MRT-dən keçdi və indi insult üçün dərman qəbul edir".
Qəzetin məlumatına görə, Böyük Britaniya Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.
Hwseyn
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək