"Wimbledon-2021" turnirinin birinci finalçısı məlum oldu
İyulun 9-da tennis üzrə kişilər arasında "Böyük Dəbilqə" seriyasından London açıq turnirində (Wimbledon) yarımfinal mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, yarımfinal mərhələsinin birinci oyununda Matteo Barrettini (İtaliya) və Xubert Qurkaç (Polşa) üz-üzə gəlib. İki saatdan çox davam edən görüş İtaliya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:1 (6:3, 6:0, 6:7, 6:4)
Dörddəbir finalda Matteo Barretti kanadalı Oje-Alyassimidən (6:3, 5:7, 7:5, 6:3), Xubert Qurkaç isə isveçrəli Rojer Federerdan (6:3, 7:6, 6:0) güclü olub.
Mərhələnin digər görüşündə Novak Cokoviç (Serbiya) Kanada təmsilçisi Denis Şapovalovla ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Wimbledon" mövsümün üçüncü "Böyük Dəbilqə" turniridir. Turnirə iyulun 11-də yekun vurulacaq. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə serbiyalı Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən "Wimbledon" turniri keçirilməyib.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada