Xaçmazda 20 nəfər qızılcaya yoluxdu

Xaçmazda 20 nəfər qızılcaya yoluxduXaçmaz rayonunda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, son on gün ərzində rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib.
Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə verilib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova "Report"un yerli bürosuna bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb: "Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri temperaturun 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur".
Qeyd edək ki, xəstəliklə
əlaqədar hələ ki Xaçmaz rayon məktəblərində distant təhsilə keçən sinif yoxdur.

Sağlamlıq       Tarix: 06 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler