Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı - FOTO
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə şəhərdə Travmatologiya Xəstəxanası kimi tanınan xəstəxanada özünü sanitar kimi təqdim edən qadının həkim otaqlarından xeyli pul, qızıl və sair əşyalar oğurladığı qeyd edilib.
Belə ki, ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi göstərib və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, hazırda yayılmış görüntülərlə bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır: "Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir".

Turlar.az [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR