Xain hücumdan sonra Azərbaycanın yanında olanlar: İlk hansı ölkələr REAKSİYA VERDİ? - SİYAHI

Xain hücumdan sonra Azərbaycanın yanında olanlar: İlk hansı ölkələr REAKSİYA VERDİ? - SİYAHIXəbər verdiyimiz kimi, bu gün səhər saat 8:30 radələrində AzərbaycanınTehrandakı səfirliyinə silahlı basqın edilib. Hücum dəf edilərkən Azərbaycanhüquq-mühafizə orqanlarının səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovşəhid olub, daha iki nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. AzərbaycanınTehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.Terror aktını törədən şəxsin isə İran vətəndaşı Yasin Hüseynzadə olduğu məlum olub. Hazırda bu xainhücum üzrə araşdırma davam edir.
Baş verən hadisə ilə əlaqədar dünya ölkələrindən Azərbaycanabaşsağlığı ünvanlanıb.
azxeber.com indiyə qədər başsağlığı verən bütün ölkələrinümumi siyahısını saat ardıcıllığı ilə hazırlayıb.
***
Ölkəmizə ilk başsağlığı qardaş ölkə Türkiyədən gəlib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanınİrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb.M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəngedib. Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanınyanında olduqlarını bildirib. Onu da qeyd edək ki, M. Çavuşoğlu bu gün artıq2-ci dəfədir ki, Azərbaycan XİN naziri ilə əlaqə saxlayır.
***
Növbəti başsağlığı Rusiyadan gəlib. "Azərbaycan səfirliyinənövbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şokasalıb". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramkanalında yazıb. "Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və dəstəyimiziifadə edirik!", - o qeyd edib.
"Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunanxain hücumu şiddətlə qınayıram". Bunu Şimali Kipr Türk Respublikasınınxarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb: "Hücum nəticəsindəşəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycanxalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin", - o bildirib.
***
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinəsilahlı hücumu pisləyib. Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenkotviterdə yazıb: "Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərinölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumuqətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir,yaralıların tezliklə sağalmasını diləyirik", - paylaşımda bildirilib.
"Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsindəinsan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi". BunuAvropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviterdə yazıb: "Diplomatiknümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığıverir, yaralananların tezliklə sağalmasını arzulayıram", - o bildirib.
**
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld datviterdə hadisəni qınayıb: "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum vəsəfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinəbaşsağlığı verir, yaralılara şəfa diləyirəm", - o bildirib.
AlmaniyanınAzərbaycandakı səfiri Ralf Horlemann də terror aktını tviterdə yazdığıstatusla pisləyib: "BizAzərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq vəhər cür zorakılığı pisləyirik". "Düşüncələrimiz və dualarımız qurbanlarınailələrilədir", - o bildirib.
***
ABŞ-ınAzərbaycandakı səfirliyi də Azərbaycan xalqına başsağlığı verib. Bu barədə diplomatik korpusunfeysbuk səhifəsində məlumat paylaşılıb. Paylaşımda deyilir: "Azərbaycanın Xarici İşlərNazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfilrlikdə başverən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük.Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığıverir və yaralılara şəfa diləyirik".
***
BMT-ninAzərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdəhadisəyə belə münasibət bildirib: "Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm"."Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalaraqarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumunailəsinə başsağlığı verir və yaralananlara şəfa şəfa diləyirəm", - ovurğulayıb.
***
"Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilənhücumdan kədərləndim". Bunu Fransanın Azərbaycana yeni təyin olunan səfiri AnnBuayon tviterdə yazıb. O, Azərbaycan xalqına, Xarici İşlər Nazirliyindən çalışandiplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinəbaşsağlığı verib.
***
"Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik".Bunu İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat tviterdə yazıb.
"AzərbaycanınTehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisininqətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə,həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların ənqısa zamanda sağalmasını arzulayırıq", - İsrail XİN-dən bildirilib.
***
MərakeşinAzərbaycandakı səfirliyi də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib. "OrxanƏsgərovun faciəli şəkildə qətlə yetirilməsi və Azərbaycanın Tehrandakı səfirliyinindaha iki əməkdaşının yaralanması xəbəri bizi dərindən kədərləndirib. Mərakeş səfirliyiO.Əsgərovun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir", -qeyd edilib.
***
Gürcüstan XİN-dən hadisəyə münasibət verilib: "Azərbaycanın İrandakı səfirliyinəhücumu qətiyyətlə pisləyirik. Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkətitamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk",- məlumatda vurğulanıb.
***
Fələstinin Azərbaycandakı səfirliyi ölkəmizinİrandakı səfirliyinə silahlı hücum və əməkdaşın ölümü ilə əlaqədar başsağlığı verib.Bu barədə səfirliyin feysbuk" səhifəsində məlumat verilib.
"Azərbaycan Respublikası səfirliyinin əməkdaşı cənab OrxanƏsgərovun öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq. Həlak olanınailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımızadərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzuedirik", - paylaşımda qeyd edilib.
*** 
"İtaliya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə xaincəsinəedilmiş hücumdan hiddətlənib və mərhumun ailəsinə dərin hüznlə başsağlığıverir". Bu barədə səfirliyin tviter səhifəsində məlumat verilib. "Biz yaralıların tezliklə sağalmasını arzulayır və təhlükəsizlikqüvvələrinin cəld və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk", -paylaşımda qeyd edilib.
*** 
Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanınİrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqınabaşsağlığı verib. Bu barədənazirliyin tviterində paylaşım edilib. "Moldova bu gün Azərbaycanınİrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması vəiki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir", - tvitdə bildirilib.
*** 
"Bugün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm". Bubarədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç tviterdə yazıb. "Diplomatikmissiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və həlakolanlara başsağlığımı bildirirəm", - o bildirib.
***
Litvanın Azərbaycandakı səfirliyiAzərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlıbaşsağlığı verib. Bu barədəqurumun tviterində paylaşım edilib. "AzərbaycanınTehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir", - paylaşımdabildirilib.
*** 
Səudiyyə ƏrəbistanıKrallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinəsilahlı hücumu pisləyib. Bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib: "SəudiyyəƏrəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda AzərbaycanRespublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarətalması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlikbu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəyolduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyəvə günahkarların cəzalandırılmasına çağırır".
Ayşən

Siyasi     Baxılıb: 946   Tarix: 28 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan və Paşinyan arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabınd

Kremldən Bakıya yeni təklif: Putin Əliyevə görə Şuşaya gəlir?

Rusiya Prezidenti Vladimir Putin İrana humanitar yardımın göndərilməsində köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Putin Prezident İlham Əliyevlə görüşəcəyini söyləyib və Azərbaycanı vaci

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizli

Elm və Təhsil Nazirliyi "Microsoft"la əməkdaşlığı genişləndirir

Elm və Təhsil Nazirliyi ilə "Microsoft" arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. xəbər verir ki, birgə fəaliyyə

Balasanyandan etiraf: "Qərb bizi ikinci Ukraynaya çevirmək, Rusiyanı isə qovmaq istəyir"

Ermənistanda parlament seçkilərinə cəmi 3 gün qalmış ölkənin gələcək xarici siyasi vektoru ilə bağlı gərginlik pik həddə çatıb. Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud hakimiyyət ölkəni Avropa İttifaqına doğru çəkdiyi halda

Sudan lideri İlham Əliyevə təbrik ünvanladı

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətl

Tramp İsrail və "Hizbullah" arasında razılaşma əldə olunduğunu açıqladı

ABŞ prezidenti Donald Tramp İsrail və "Hizbullah" arasında gərginliyin azaldılması ilə bağlı razılaşma əldə olunduğunu bildirib. xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında yazıb. O bildirib ki, İsraili

Paşinyan Rusiyanın imtina etdiyi mallara müştəri tapdı

Ermənistan Rusiyaya idxalı qadağan olunmuş malları üçün ixrac bazarını şaxələndirir. xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Şər deməsən, xeyir gəlməz. Söhbət yeni satış bazarlarından gedir

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla kanadalı həmkarı Anita Anand arasında telefon danışığı aparılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanad


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler cebheden xeber en son xeberler azerbaycanda son xeberler