Xalası qızını yarıçılpaq fotosu ilə şantaj etdi - Azərbaycanda şok hadisə
Gəncə Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə, mənzil toxunulmazlığını pozmada və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən C.Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
azxeber.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, C.Həsənovun xalası qızı, zərərçəkmiş M.M. (şərti) ona çoxsaylı təkid və şantajlarına görə yarıçılpaq vəziyyətdə fotosunu göndərib. Sonra təqsirləndiirlən şəxs mobil telefonun yaddaşında saxladığı fotonu qıza göstərərək bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirib. O, 3 noyabr 2022-ci il tarixdə həmin yarıçılpaq fotonu nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək xalası qızından 4000 manat pul və qızıl-zinət əşyasını hədə-qorxu ilə tələb edib.
Bundan başqa, C.Həsənov xalası qızı M.M.-nin onunla yaxın münasibət qurmaq təklifindən imtina etdiyindən hiddətlənib. 26 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində xalası, zərərçəkmiş N.M-nin (şərti) yaşadığı evə hasardan aşmaqla həmin mənzilə zor tətbiq etmə hədəsi ilə qanunsuz daxil olub. O, üzərində gəzdirdiyi çapacaqla xalası və onun həyat yoldaşı T.M-yə (şərti) xəsarət yetirib.
Hadisədən sonra C.Həsənov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətin azadlıqdan məhrum edilib.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat