Xalq artisti: "Xaçmazın Yalama kəndində işıqlar sönüb, donuram..."

Xalq artisti: Xalq artisti: "Xaçmazın Yalama kəndində işıqlar sönüb, donuram..."
"Xaçmaz rayonunun Yalama kəndində vəziyyət həddindən artıq pisdir. Həmin ərazidə kiçik torpaq sahəsi almışdım. Özüm üçün ev tikmişəm ki, yaydan-yaya gəlib dincəlim, əsəblərim sakitləşsin. İnanın, torpaq almağıma peşman olmuşam. İşıq dirəkləri sovet dövründən qalıb, həyətlərin içindən keçir, bir az yel əsən kimi işıqlar sönür. Ötən gün gəlmişəm, işıq yenə sönüb. Səhərə qədər donmuşam. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinə zəng etmişəm. Gələn olmayıb. Qaynar xəttə də demişəm. Heç bir nəticə yoxdur. Heç kimdən çəkinmirlər, camaat dəfələrlə şikayət edib. Şikayətlərə baxan yoxdur. Hazırda donuram". 
Bu sözləri Pravda.az-a müraciətində Xalq artisti Naibə Allahverdiyeva deyib. 
O, Yalamadakı vəziyyətlə bağlı şikayətinə heç bir reaksiya olmadığını bildirib:
"Səhərə kimi "Azərişıq" ASC-nin qəza xidmətinə zəng etmişəm. Telefondakı şəxs qışqırır, mənə deyir ki, vecimizə deyil, kimə istəyirsən, get şikayət et, heç gəlmirəm. Hətta xahiş də etdim, amma əməkdaş dedi ki, vaxtım yoxdur. Soruşdum ki, sənin müdiriyyətin haradadır, dedi bilmirəm. Sonra da telefonu söndürdülər. Belə olmaz.
Dirəklər köhnədir, elektrik xətləri açılıb, yanğın olsa, mənim də evim yanacaq, qonşunun da. Hansısa uşağın başına da aşa bilər. Elə qışqırmışam ki, təzyiqim qalxıb. Dirəyi dəyişmək üçün hər adama 300-400 manat "oxuyublar". Dövlət büdcədən sizə pul ayırır. Hanı o pullar? Sən niyə dirəyi təzələmək üçün pul yığmalısan? Bir manat pulunu gec verəndə, elektrik enerjisinin verilməsini kəsirsən. Sən bu işi görmək üçün maaş alırsan. Deyir ki, külək olub, elektrik enerjisinin verilməsi ona görə kəsilib. Bəs niyə dəyişmirsən ki, dirək uçur? Deməli, köhnədir, deməli, pulları yeyirsiniz, amma işıq dirəklərini təzələmirsiniz. Dirəkləri ancaq məftillər tutur, dibi yoxdur..."
N.Allahverdiyeva Yalamadakı digər problemlərə də diqqət çəkib:
"Uşaqlar məktəbə gedə bilmirlər, avtobus işləmir. İnternet də yoxdur. Deyirlər ki, 7-8 min pul ver, internet çəkək. Üçüncü Yalamadan bura az məsafədir, bu qədər məsafəyə 8 min pul istəyirlər. Bura turizmin inkişafı üçün əlverişli ərazidir. Meşələrə də baxmırlar. İki il əvvəl meşədəki ağaclara qurd düşdü, ağaclar qurudu. Xaçmaz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etdim. Nəticə olmadı. Aidiyyəti üzrə bütün qurumları gəzdim. Hansının kabinetinə gedirsən, bahalı kreslolar, hər cür şərait... Bu camaatın dərdini də bilin də!
Qalib ölkəyik. Dövlətin, Prezidentin, Ordunun əməyini yerə vururlar. Deyirəm ki, bayramınız mübarək, Yalamada camaat üzümə baxır. Deyirlər ki, biz donuruq. Xaçmaz Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət edilib. İcra deyir ki, bizə də baxan yoxdur. Baxan yoxdursa, niyə icra başçılarının hamısı varlıdırlar? Hamısının bahalı maşınları, evləri, villaları var? Bunlara kömək edən yoxdursa, o boyda pulu haradan alırlar? İcra başçısının müavini gəlib problemlərlə tanış olub. Aradan 2 ay keçib, nəticə yoxdur. Heç olmasa, yollara yamaq vurun. Onu da etmirlər. Müavin deyib ki, zibil üçün konteynerlər gətirəcəklər, onun üçün də 5 manat ödənməlidir. Yalandan söz verirlər ki, camaat heç yerə şikayət etməsin. Torpaq sahəsini alan da yoxdur, sata bilmirəm. Harada var bu cür vəziyyət? Elə bir haldadır ki, insan burada yaşamaz, mümkün deyil..."  / oxu.az

Şou Biznes       Tarix: 11 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun maliyye xeberler bugun iqtisadiyyat xeberleri bugun meherremlik 2026