Xalq yazıçısı Çingiz Abdullayevə ağır itki: "O, həmişə gözəl qadın olaraq yaddaşımızda qalacaq"
Xalq yazıçısı Çingiz Abdullayev yaxın qohumu və ailə üzvü olan Mayanın vəfatı ilə bağlı emosional paylaşım edib.
KONKRET.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum haqqında duyğulu fikirlər səsləndirib:
"Bacım Maya vəfat etdi! O, anamın bacısının qızı idi, yəni mənim xalamqızı. Amma mənim üçün sadəcə bir bacı deyildi. Valideynlərimiz – anamla atam – bizi tez-tez onun yanında qoyurdular. Maya səbirlə bizə nəzarət edir, nağıl və kitablar oxuyur, yatırırdı. Yaş fərqi hiss olunurdu, ancaq biz böyüyəndən sonra heç kim bizim aramızda yaş fərqi olduğuna inanmırdı. Maya daim yaşından cavan görünürdü".
Çingiz Abdullayev yazır ki, Maya həyatı çox sevən bir insan olub:
"O, kitablar yazır, rəsmlər çəkir, səhnəyə çıxırdı. Onu bircə dəfə görən hər kəs ona vurulurdu. İndi isə o, bu dünyadan köçüb. Bu, inanılmazdır. Maya ailə qəbiristanlığında – Pirşağıda dəfn olunub
Təsəvvür etmək belə qorxuludur, orada nə qədər doğmalarımız uyuyur… Maya da artıq onların yanındadır. O, çox gözəl bir qadın idi. Və yaddaşımızda daima belə qalacaq. Allah rəhmət eləsin!".
Qeyd edək ki, Çingiz Abdullayev Azərbaycanın ən çox oxunan və sevilən yazıçılarındandır. Onun şəxsi həyatı ilə bağlı açıqlamaları çox nadir hallarda olur.


Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?