Xandanyan: "Azərbaycan "asan qonşu" olmasa da, biz müqavilə imzalamalıyıq"
"Azərbaycan "asan qonşu" deyil, lakin bu o demək deyil ki, biz həmişə müharibə vəziyyətində olmalıyıq".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda keçirilən görüşünə istinadən erməni deputat Sarkis Xandanyan bildirib.
O bildirib ki, Azərbaycan "asan qonşu" olmasa da, biz müqavilə imzalamalı, münasibətləri normallaşdırmalıyıq.
"Azərbaycan "asan qonşu" deyil, lakin bu o demək deyil ki, Ermənistan danışıqları tərk edib Azərbaycanla həmişəlik müharibə vəziyyətində olmalıdır. Ona görə də bizim məqsədimiz bir düstur tapmaqdır ki, onunla birgəyaşayışı təmin etmək mümkün olacaq", – Xandanyan deyib.
"Sülh müqaviləsi"nin adının dəyişdirilməsi ilə bağlı suala o, belə cavab verib:
"Sülh müqaviləsi"nin adı dəyişdirilərək "münasibətlərin tənzimlənməsi sazişi" adlandırılıb. Burada söhbət hüquqi tənzimləmələrdən gedir.
Müqavilənin etibarlı olması üçün bu gücü təmin edən müəyyən mexanizmlər lazımdır. Tərəflər danışıqlar aparmalıdır. Düşünürük ki, beynəlxalq ictimaiyyətin də fəal iştirakı lazımdır", – deyə Xandanyan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi