Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu: Bu artıq yeni mərhələdir

Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu: Bu artıq yeni mərhələdirXankəndi şəhərində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. 
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, eləcə də bir sıra ictimai və dövlət qurumlarının dəstəyi ilə baş tutub. 
Forumda rəsmi çıxışlardan sonra "Türkman irsi: tarixi köklərə sədaqət", "WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar", "Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası, "Rəqəmsal QHT" konsepsiyası: süni intellekt və rəqəmsal həllər" mövzularında panel müzakirələri aparılıb. 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz azxeber.com-a açıqlamasında bildirib ki, artıq ölkədə vətəndaş cəmiyyətinin klassik formadan çıxaraq, rəqəmsal alətlər və platformalara, süni intellekt , big data və onlayn iştirak çərçivəsinə inteqrasiya edib: 
Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu: Bu artıq yeni mərhələdir"Müzakirələrdə qeyd edilib ki, artıq ölkədə vətəndaş cəmiyyətinin klassik formadan çıxaraq, rəqəmsal alətlər və platformalara, süni intellekt , big data və onlayn iştirak çərçivəsinə inteqrasiya edib. Rəqəmsal infrastrukturun, rəqəmsal  platformaların və süni intellektin vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlar və risklər müzakirə predmeti olub. Vətəndaş cəmiyyətinin rəqəmsal iştirak platformalarında aktivliyinin xeyli artdığı diqqətə çatdırılıb. Müzakirələrdə fikir birliyi ondan ibarət idi ki, vətəndaş cəmiyyətinin rəqəmsal transformasiyasının güclənməsinə ciddi ehtiyac var".
Ekspert deyib ki, müzakirə zamanı rəqəmsal vətəndaş cəmiyyəti konsepsiyasının hazırlanmasının vacibliyi vurğulanıb:
"Bu konsepsiyanın yalnız texnologiya məsələsi deyil. Hüquqi, etik, institusional və sosioloji aspektləri də əhatə etməsinin vacibliyi vurğulanıb. Müzakirələrin gedişində bu konsepsiyanın müasir şəraitdə QHT-lərin daha da güclənməsinə, ictimai nəzarətin və sosial fəaliyyətin daha səmərəli və effektiv  təşkilinə ciddi təkan verəcəyi bildirilib".
O.Gündüz qeyd edib ki, müzakirə zamanı aşağıdakı istiqamətlərdə konkret təkliflər irəli sürülüb:
"Rəqəmsal vətəndaş cəmiyyəti konsepsiyasının hazırlanması ;
- QHT-lər üçün rəqəmsal və süni intellekt alətlərindən effektiv istifadə və Big Data istifadəsi üzrə  təlimlərin təşkili;
- QHT-lərin dövlət datasına çıxışı və ictimai məlumatlardan istifadəsi üçün açıq imkanların yaradılması;
- Dezinformasiya və alqoritmik manipulyasiyaya qarşı mübarizədə, informasiya təhlükəsizliyi sahəsində QHT-lərin rolunun gücləndirilməsi;
- QHT-lərin internet resurslarının, süni intellekt  əsaslı həllərinin  ölkə daxilindəki məlumat bazalarında  güzəştli şərtlərlə saxlamaq imkanlarının təmin edilməsi;
- Açıq məlumat bazaları haqqında qanunun qəbulu ;
- Regionlar və Bakı arasında rəqəmsal bərabərsizliyin aradan qaldırılması və regionlarda rəqəmsal vətəndaş fəallığının artırılması üçün təşəbbüslərin dəstəklənməsi 
- "Rəqəmsal suverenliyin" təminatçısı sahəsində QHT-lərin rolunun gücləndirilməsi və s mövzularda konkret təkliflər irəlo sürüldü. 
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media eksperti Səbuhi Abbasov deyib ki, iki gün ərzində Xankəndi şəhərində çox vacib məsələlər müzakirə edilib: 
Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu: Bu artıq yeni mərhələdir"Forumda Azərbaycan vətəndaş cəmiyyətinin demək olar ki, mütləq əksəriyyəti fəal iştirak edirdi. Tədbirin ilk günündə Xankəndidə yerləşən Qarabağ Universiteti və şəhər stadionu ilə tanışlıq oldu, fikir mübadiləsi aparıldı. Forumun ikinci günü isə Xankəndi Konqres Mərkəzində keçirildi və müxtəlif panellər üzrə müzakirələrlə davam etdi. Müzakirələrdə millət vəkilləri, AMEA-nın tanınmış professorları və ekspertlər iştirak edərək maraqlı diskusiyalar apardılar. QHT nümayəndələrinin sualları cavablandırıldı və mühüm ictimai məsələlər ətrafında fikir mübadiləsi aparıldı".
QHT sədri əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və Xankəndi şəhərinin işğaldan azad edilməsi böyük qürur hissi doğurur: 
"Bir neçə il əvvəl bizim təsəvvürümüzə belə gəlməzdi ki, Azərbaycan QHT-lərinin əksəriyyətinin iştirakı ilə Xankəndidə forum keçirilə bilər. Bu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində əldə olunmuş tarixi qələbənin məntiqi nəticəsidir. 
Forumda Prezident Administrasiyasının nümayəndələri və Agentliyin rəhbərliyi yüksək səviyyədə çıxışlar etdilər, QHT-lərin yaxın gələcək üçün yol xəritəsi müzakirə olundu. Prezidentin Xankəndi üzrə səlahiyyətli nümayəndəsi Elçin Yusubov da çıxış edərək şəhərdə və ətraf rayonlarda aparılan yenidənqurma işləri barədə geniş məlumat verdi. Forumun təşkili, nəqliyyat, yerləşmə və ümumi təşkilati məsələlər ən yüksək səviyyədə həyata keçirilib. Belə miqyaslı forumların keçirilməsi dünya təcrübəsində də nadir hallarda müşahidə olunur. 
Xankəndidə belə bir tədbirin reallaşması göstərir ki, Azərbaycan QHT-ləri artıq yeni bir mərhələyə qədəm qoyublar və bunun məsuliyyətini, həmçinin dövlətçilik və milli maraqlarımızın qorunmasındakı əhəmiyyətini çox gözəl dərk edirlər."
Elmi Araşdırmalar İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, Xankəndi forumu yüksək səviyyədə hazırlanmış tədbir idi:
Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu: Bu artıq yeni mərhələdir"Əsas məqsəd Qeyri-Hökumət Təşkilatlarının dövlət qurumları ilə inteqrasiyasını təmin etməkdən ibarət idi. Prezident İlham Əliyevin Qəbələdə keçirilən görüşlərdə verdiyi istiqamətlərə uyğun şəkildə bu sahədə birləşmək zərurəti vardı. Məhz bu istiqamətdə mühüm bir konfrans təşkil olundu.
Forum aktual və vacib mövzulara həsr edilmiş, günümüzün suallarına cavab verən maraqlı bir görüş oldu. Tədbirdə bir sıra görkəmli şəxslər iştirak edirdi. Parlamentin sədr müavini Rafael Hüseynov və Qəzənfər Paşayev "Türkmən irsi: tarixi köklərə sədaqət" adlı paneldə çıxış etdilər. Paneldə çox maraqlı fikirlər səsləndirildi, gələcəkdə İraq türkmənləri ilə inteqrasiyanın genişləndirilməsi müzakirə olundu. Həmçinin onların Azərbaycandakı təhsil ocaqlarında təhsillərini davam etdirmələri məsələsi də geniş şəkildə müzakirə edildi".
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc edilib.
Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu: Bu artıq yeni mərhələdir

Sosial       Tarix: 21 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cəbhədən son dəqiqə kriminal xeber sou biznes