Xaricdən 1,3 manata gətirilən limon marketlərdə 3,8 manata satılır – 29% bahalaşıb
Bu ilin yanvar ayı ilə müqayisədə ötən ay marketlərdə satılan limon 29% bahalanıb.
Açıqlanan rəsmi məlumatlara görə, yanvar ayında limonun 1 kiloqramının orta qiyməti marketlərdə 2,9 manat olduğu halda, ötən ay 3,72 manata kimi bahalanıb.
Qeyd edək ki, bahalaşma həm yerli, həm də idxal limonun qiymətində müşahidə olunub. Son 7 ayda yerli limonun 1 kiloqramının orta qiyməti 2,74 manatdan 3,7 manata, idxal limonun 1 kiloqramının orta qiyməti isə 3,05 manatdan 3,8 manata yüksəlib.
Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 12 min 104 ton liman idxal edilib. Limon əsasən 2 ölkədən – Türkiyə və Cənubi Afrika Respublikasından gətirilib.
Türkiyəndən 10 min 229 ton, Cənubi Afrika Respublikasından isə 1 814 ton limon idxal olunub. Türkiyədən gətirilən limonun 1 kiloqramının orta gömrük dəyəri 1,3 manat, Cənubi Afrika Respublikasından gətirilən 1 kiloqramının orta gömrük dəyəri isə 2,1 manat olub./Yeniavaz.com / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam