Xaricdən mal gətirənləri sevindirəcək xəbər - Güzəştlər tətbiq ediləcək
Azərbaycanda gələn ildən konkret gömrük güzəştlərinin tətbiqi planlaşdırılır.
Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
"Bu günlərdə parlamentdə 2025-ci ilin büdcə zərfi çərçivəsində gömrük siyasətinə, gömrük tariflərinə bir daha yenidən baxılıb. Belə ki, növbəti ildən gömrük sistemi fiskal missiyaya yerinə yetirməklə bərabər, həm də gömrük güzəştləri hesabına ölkəmizdə sənayeləşmə prosesini, dövlət-özəl tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri təşviq edəcək, bununla bağlı konkret gömrük güzəştləri tətbiq ediləcək", - o vurğulayıb.
A. Əmiraslanovun sözlərinə görə, elektron bəyan etmə, onlayn gömrük xidmətləri, rəqəmsal nəzarət və monitorinq sistemləri, yəni gömrük nəzarətinin tam rəqəmsallaşdırılması şəffaflığa və hesabatlığa şərait yaradır, elektron hökumətin inkişafına təkan verir: "Azərbaycanın gömrük məntəqələrində müasir nəzarət avadanlıqlarının quraşdırılması ölkəmizin iqtisadi gücünü və innovasiya imkanlarını nümayiş etdirməklə yanaşı, qeyri-qanuni yüklərin aşkarlanmasına, iqtisadi sərhədlərimizin daha etibarlı qorunmasına şərait yaradır".
///"Report"
Kurslar.az kurslar [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Ağdamdakı yanğın söndürüldü