Xarici diplomlar Azərbaycanda bu halda tanınacaq – AÇIQLAMA
Elm və Təhsil Nazirliyi Azərbaycanda hansı xarici universitetlərin diplomunun tanınıb-tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələdə universitetin adının və harada yerləşməsinin önəmi yoxdur.
"Universitet oxumaq üçün xarici ölkəyə getmiş və həqiqətən təhsil müddəti ərzində həmin ölkədə qalıb dərslərdə iştirak etmiş şəxs təhsilini bitirdikdən sonra müvafiq sənədlərini Elm və Təhsil Nazirliyinin nəzdindəki Təhsil Keyfiyyət Təminat Agentliyinə göndərir. Daha sonra həmin şəxsdən müsahibə götürülür və onun sənədi ratifikasiya olunaraq tanınır. Bir sözlə, bu məsələdə universitetin adının önəmi yoxdur. Yerləşdiyi ölkədən asılı olmayaraq, burada universitetin lizensiyasının olması, hüquqi statusa malik olması və normal şəraitdə fəaliyyət göstərməsi önəmlidir. Belə universitetlərdə müvafiq tədris qaydalarına əməl edib, təhsil alan şəxsin diplomu, əlbəttə, tanınır",– deyə qurum rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən illər ərzində xaricdə təhsil almış bəzi tələbələrin diplomları müxtəlif səbəblərdən Azərbaycanda tanınmayıb. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var