Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşübAzərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, mədəniyyətlərarası dialoq, təhsil, elm, süni intellekt, mədəni irs, dayanıqlı turizm, "İnsan və Biosfer" Proqramı, habelə Afrika ölkələrinə və kiçik adandövlətlərinə dəstək məsələləri müzakirə olunub.
Tərəflər 2013-cü ildə imzalanmış Çərçivə Sazişinin və yaradılmış Azərbaycan-UNESCO Etimad Fondunun əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd ediblər. Azərbaycanın öz prioritetlərinə uyğun UNESCO proqram və layihələrinə dəstəyini davam etdirməkdə maraqlı olduğu vurğulanıb.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun fəal iştirakı məmnunluqla qarşılanıb. Təşkilat tərəfindən Forum çərçivəsində üç panelin təşkil olunduğunu qeyd olunub.
E.Məmmədov "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" və Rəqəmsal İnkişaf Şurası barədə məlumat verib. Süni intellekt texnologiyalarının ölkənin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunduğu bildirilib.
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib. UNESCO üçün prioritet istiqamət təşkil edən Afrika ölkələrinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada dövlətlərinə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 27 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbayca

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin

Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradanlar türk düşmənləridir. Bunlar molla rejiminin həm İrandakı, həm də Türkiyədəki tərəfdarlarıdır. Bu, İran əməliyyatıdır. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda bu moll

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. KONKRET.azxəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendr

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi ilə tanış olub - FOTOLAR

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşki

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışlayır. KONKRET.azxəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib. Onun sözlərinə görə, Hindistan Cənubi Qafqazdak

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib. APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib. Belə ki, Yuri Trutne

İlham Əliyev Tom Berendseni qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığını

Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifədən azad edildiyi barədə iddia yayılıb. Məlumat onun Azərbaycandakı məktəbli geyimi qaydaları ilə bağlı çıxışının doğurduğu müzakirələr fonunda gündəm

Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub

Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib. xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. Səfir bildirib ki, krall


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 ən son xəbərlər xeberler az sosial yardim