Xatirə Novxanı yollarından gileyləndi - "7 aydır evimizə gedə bilmirik"
"Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik".
Open.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında çəkdiyi videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq əlavə edib:
"Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür".
Videonun sonunda evinə getməyə çalışan sənətçinin başqa maşına dəydiyi və əzdiyi də aydın görünür.(axşam) /open.az

Azərbaycan-Çin əlaqələri müzakirə edilib
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edildi
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı
Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu
Trampın neft şahmatı: Rusiyaya gizli qapı, Çinə qarşı İran gedişi
Yazar Elnaz Eyvazlıya ağır itki
Tramp yenə də Obamanı hədəfə aldı - FOTO
Xətai sakinlərindən narazılıq: Tullantılar yandırılır, tüstü mənzillərə dolur
Ruhumuzu kirlətmədən bir-birimizi qoruyaq
Məşhur fenomenin ölümünün təfərrüatı
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
Dəm qazından boğulub ölən Lətafətin fotosu