XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər 

XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər Hazırda dünya bazarında ABŞ neftinin qiymətində ucuzlaşma müşahidə olunur. Bu, Azərbaycan "qara qızıl"ının qiymətinin ucuzlaşacağı ilə bağlı narahatçılığa səbəb olub. Məlumdur ki, ölkənin büdcə gəlirləri əsasən neft və qaz satışından gələn gəlirlə formalaşır. Elə milli məzənnənin stabil saxlanması üçün də neft-qaz qiymətlərinin normada olması əsas şərtlərdən biridir. Nəzərə alsaq ki, müxtəlif vaxtlarda Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, o zaman neftin dünya bazarında ucuzlaşması bu mövzunu yenidən aktuallaşdırır. Bəs görəsən, hansı hallarda manatın devalvasiyası baş verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, manatın devalvasiyası üçün bir neçə makroiqtisadi göstəricilərin dəyişməsi gərəkdir:
XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər "Onlardan birincisi büdcə gəlirlərini formalaşdıran neft-qaz qiymətlərinin uzunmüddətli və kəskin aşağı enməsidir. Digər tərəfədən, valyuta ehtiyatlarımızın azalması, yaxud ölkədən pul çıxışının çoxalması fonunda valyuta tələbatının təklifi üstələməsi, eləcə də xarici borclanmanın kifayət qədər artması, manatın devalvasiyasına gətirib çıxara bilər. Hazırda sadaladığım faktorların heç biri aktiv deyil. Bu, onu göstərir ki, yaxın günlərdə manatın devalivasiyası gözlənilmir. Ölkənin makroiqtisadi göstəriciləri də yaxşıdır. Bütün bu hallarda manat üçün heç bir təhlükə olmadığını deməyə əsas verir".
İqtisadçı Xalid Kərimli isə saytımıza açıqlamasında bildirib ki, devalvasiyanın olub-olmayacağını heç kim öncədən söyləyə bilməz:
XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər "İxrac gəlirlərinin kəskin azalması nəticəsində devalvasiya riski çoxala bilər. Burada söhbət neft-qaz gəlirlərindən gedir. İkincisi, tədiyyə balansı mənfiyə keçsə və bu proses uzun müddət davam etsə, o zaman risk çoxalar. Bundan başqa, qonşu dövlətlərdə kəskin məzənnə itkiləri manata təzyiq və kapital axını formalaşdıra bilər. Bu sadalananlar arasında bizi ən çox narahat edən neft-qaz gəlirlərinin ucuzlaşmasıdır. Üstəlik, devalvasiyaya gedilib-gedilməyəcəyi həm də siyasi-inzibati qərardır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 03 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az sonxeberler maşın realiti şou xeberlər