Xələf Xələfov: 'Ukrayna-Azərbaycan dostluğu daha da möhkəmlənəcək
"Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması mühüm və əlamətdar hadisədir. Ölkələrimiz arasında əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub. Münasibətlərdə yeni mərhələ 1993-cü ildən başlayır. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb. İnanıram ki, dostluğumuz daha da möhkəmlənəcək".
Bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 4-də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ifadə edib.
Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə münasibətlərə böyük önəm verir. Dostluğumuzun təsdiqidir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 14-də Ukraynaya səfər edib. Səfər çərçivəsində iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə edilib və mühüm sənədlər imzalanıb.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan nazir müavini siyasi, iqtisadi sahələrdən başqa, humanitar və mədəni sahələrdə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.
Diasporların və parlamentlərin ölkələrimiz arasında münasibətlərin dərinləşməsində rolundan bəhs edən X.Xələfov Xarkov və Şamaxıda diplomatik korpusların fəaliyyət göstərdiyini qeyd edib.]
///Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Gənc aktyorun ürəyi dayandı
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Qəbələdə iki maşın yandı
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar
Azərbaycan nefti ucuzlaşdı
Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram
Tovuz döyüşlərindən 6 il ötür