Xərçəng əleyhinə peyvəndin kliniki sınaqlarına başlanılacaq
Rusiyada 2025-ci ildə könüllülər üzərində xərçəngə qarşı vaksinlərlə klini sınaqlarına başlanılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Qamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq bildirib.
Onun sözlərinə görə, xərçəng xəstələrinin iştirakı ilə xərçəng vaksininin kliniki sınaqlarına 2025-ci ilin ortalarına kimi başlamaq planlaşdırılır. "Düşünürəm ki, gələn ilin ortalarında xərçəng xəstələrinin iştirakı ilə peyvəndin kliniki sınaqlarına başlayacağıq", – deyə Ginzburq bildirib.
O qeyd edib ki, peyvənd hazırda siçanlar üzərində preklinik tədqiqatlarda sınaqdan keçirilir, melanomalı heyvanların ömrünü nəinki 2-3 dəfə uzatmaq, həm şişin, həm də metastazların məhvinə zəmanət verən dərmanların yaradılması texnologiyası hazırlanır.
Ginzburqun sözlərinə görə, əgər bu texnologiya hazırlana bilsə, peyvənd kiçik hüceyrəli olmayan ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçənginin müəyyən növləri və melanoma olan xəstələrə kömək edəcək.
"Üstəlik, bu xəstəliklərlə metastazlar artıq erkən mərhələdə görünür, buna görə də bu peyvənd bu xəstələr üçün çox aktual olacaq", – deyə mütəxəssis yekunlaşdırıb.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var