Xəsarət almış şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü məlum oldu
Azərbaycanda xəsarət almış şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü məlum olub.
Bu barədə azxeber.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.
O, bir neçə ay öncə 12 yaşlı yeniyetmə oğlanın zorakılığa məruz qalması iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan informasiyaya dair bildirib ki, hələ, iyul ayında Dövlət Komitəsi faktın araşdırılması üçün aidiyyəti üzrə rayon İcra Hakimiyyətinə, Baş Prokrorluq, Daxili işlər və Təhsil Nazirliyinə müraciət edib.
Həmin müraciətlər əsasında aparılan təhqiqat nəticələrinə dair Dövlət Komitəsinə daxil olan cavablarda təyin edilmiş ekspertizada iddiaların təsdiqini tapmadığı qeyd olunub.
Həmçinin həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşının həmin məktəbliyə vurmaq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi aşkarlanıb.
Yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib.
Lakin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var