Xəstəliyin miqyası böyüyür – Məktəblər bağlanır?
Valideynlər arasında narahatlıq və təlaşı artırır. Əksəriyyət tədris prosesinin müvəqqəti dayandırılmasını və ya hər hansı tədbirlərin görülməsini tələb edir.
KONKRET. az xəbər verir ki, bu mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil sahəsi üzrə ekspert Kamran Əsədov mövcud durumun təhlükəli həddə yaxınlaşdığını bildirib:
"İnsanlar hələ də başa düşmək istəmir ki, pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası bitməyib və indi müxtəlif xəstəliklər formasında insanlara yoluxur. Bu baxımdan, məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirməliyik, hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq. Həmçinin, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə, əhatə dairəsinin genişlənməməsi, yoluxanların fəsadlarının təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir. Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında yoluxma halları baş verib".
Təhsil sahəsi üzrə digər ekspert Elçin Əfəndiyev qeyd edib ki, bütün təhsil müəssisələrində tibb məntəqəsi olmalıdır: "Məktəbə daxil olarkən bütün şagirdlər müasir cihazlarla yoxlanılmalı, hər hansı birinin səhhətində problem varsa, sinif otağına buraxılmamalı, müalicəyə yazdırılmalıdır".
Xatıladaq ki, bu gün Bakıda qızılcadan daha bir məktəbli dünyasını dəyişib. Belə ki, 195 saylı tam orta məktəbin şagirdi qızılca xəstəliyindən vəfat edib. Bir neçə gün əvvəl isə Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı dünyasını dəyişib.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var