Xəyalə Quliyeva: "Onlar gəzməyə gedirlər, mən isə evə, çünki ailəm var

Xəyalə Quliyeva: Xəyalə Quliyeva: "Onlar gəzməyə gedirlər, mən isə evə, çünki ailəm var"
Aktrisa Xəyalə Quliyeva "TikTok" platformasındakı fəaliyyəti barədə danışıb.
Bununla bağlı Olay.az-a açıqlama verən aparıcı, sözügedən şəbəkədən pul qazanmadığnı bildirib:
"Mən orada yad adamla oyun oynamıram, orada yalnız həmkarlar və tanıdığım insanlar olur. Yaxşı dəstəkçilərim var, sağ olsunlar. Məni çoxdan tanıyırlar, dünən efirə çıxan deyiləm. Bir də görürsən deyirlər ki, gör, nə qədər pul qazanırlar. Vallah elə deyil, "TikTok"dan pul qazanmaq toya pul yazdırmaq kimidir, bu gün sən ona hədiyyə göndərirsən sabah da o, sənə. Elə orada dövriyyə edir, arada həmin platforma qazanır, sənin üçün də əyləncə olur. Mənsura qalib gəlmək çox çətindir, amma mən arada qazanıram".
Aparıcı 19 illik xoşbəxt evliliyi haqqında bəzi məqamları da açıqlayıb. Onun sözlərinə görə, evliliyin əsas sirri biri-birinə güvənməkdir:
"Məncə, evliliyin əsas sirri qarşılıqlı anlaşma və ər-arvad münasibətindən başqa birlikdə dost olmağı bacarmaqdır. O, bu gün də yanımdadır, ümumiyyətlə, hər yerdə mənimlədir".
"Aktrisa olmaq gərgin iş rejimi və böyük məsuliyyət tələb edir. Bəs həyat yoldaşınız sizi belə məqamlarda qısqanmır?", - sualına Xəyalə belə cavab verib:
"Sami Yusufun bir sözü var, deyir ki, sərbəstliyim həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir. Eynən bu, məndə də belədir. Çəkilişə qısqanmayacaq, çünki oraya getməliyəm. Film təqdimatları, dostlarım, əhatəm də onu qısqandırmır, amma bir yer var ki, ondan o tərəfə icazə olmaz. Məsələn, işdən çıxıramsa, evə gəlirəm, rəfiqələrim gəzməyə gedir, amma mən onlara qoşulub getmirəm. Bilirəm ki, evdə uşağım, ailəm var. Əgər bizi kollektiv olaraq harasa dəvət etsələr, həmin yerdə mütləq iştirak edirəm.
Plastik əməliyyatlar barədə söhbət açan Xəyalə Quliyevanın fikrinə görə, hər şey qədərində olanda daha gözəl görünür. Aparıcıların səmimiliyi barədə isə sənətçinin fikri belə olub:
"Siz inanırsınız ki, sənin necə olmağını səmimi və ya hiyləgər olsan belə, sən aparıcı kimi efirdə danışanda tamaşaçı bunun hamısını anlayır. Sənin arxa planda xarakterində nələr varsa, onu göstərməsən də, gizlətsən də, tamaşaçının gözü tərəzidir. Onlar başa düşürlər ki, o səmimidir, yoxsa oynayır. Bunu izləyicilərdən gözəl bilən yoxdur. Özün kimi olursan, elə də qəbul edirlər". / oxu.az

Şou Biznes       Tarix: 05 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntüleri cəbhədən son xəbərlər 2026 xəbər.az axsam.az xeberler