"Xəyanət varsa, sevgi ola bilməz"
"Xəyanəti bağışlamaq olmaz. Xəyanət təkcə qadın və kişi münasibətlərində olmur. Qadınla kişini birləşdirən istəkdir, sevgidir. Onların arasında xəyanət varsa, nə istək, nə də sevgi ola bilər".
Open.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Ulduzun vaxtı" proqramında qonaq olarkən deyib. Sevgidən, xəyanətdən danışan sənətçi "Sənət üçün nəyi qurban verdin" sualına belə cavab verib:
"Hər kəs ailəsini qoruyur, orada bir övlad varsa lap çox... Analıq hissini yaşayan qadın xoşbəxtdir. Bir şeyə sənin həvəsin varsa, bu, qurban deyil. Qismətə inanıram. İnsanlar var ki, qismətə inanmır, bəd kimi bütün günü gözünün yaşını axıdır. Ölüm-itimə də qismət kimi baxıram.
Qısqanc insanam. Çox istədiklərimi paylaşa bilmirəm. Hətta rəfiqəmi də qısqanıram. Həyatda sevgi ilə yaşamaq lazımdır".
Gülay idmançı həyat yoldaşı Kamil Zeynallı ilə bağlı ünvanlanan suala isə belə reaksiya verib:
"İfaçıyam, mahnılar yazdırıram, zaman ayırıram, maddiyat, sağlamlığımı sərf edirəm. Mahnı yazdıranda səhərəyaxın evə gəlirəm. Sonra da həyəcan çəkirəm ki, görəsən, tutacaq? İstəyirəm çəkdiyim əziyyət qarşısında sənətdən danışsınlar.
Kamil də tanınmış insandır, məşqçidir. Onun da işi var. O da efirə gedəndə deyirəm, çalış, işindən sual versinlər. Hər şey yaxşıdır, yaxşı da olacaq".(axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq