Xəzər Neft və Qaz Sərgisi Azərbaycana xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır

Xəzər Neft və Qaz Sərgisi Azərbaycana xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayırBakı Enerji Həftəsi artıq 30 ildir ki, Bakıda keçirilir və özündə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu kimi üç mötəbər tədbiri birləşdirir. 
Onu da qeyd edək ki, Xəzər Neft və Qaz Sərgisi kimi ilk dəfə 1994-cü ildə fəaliyyətə başlayan bu sərgi Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspro Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Bakı Xəzər Neft və Qaz "Caspian Oil&Gas" və 12-ci Xəzər beynəlxalq Energetika və Yaşıl Enerji- "Caspian Power" sərgilərinin açılış mərasimlərində iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edərək qeyd edib ki, 30 il bundan əvvəl biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, 20 faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. 
Cənab Prezident onu da qeyd etdi ki, həmin illərdə Qarabağ münaqişəsindən əlavə daxili münaqişələr də var idi, bu isə ölkəni uçuruma aparırdı. 
Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi. Çar Rusiyası və Sovetlər ittifaqı  dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.
1993-cü ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Bu, yalnız  ölkənin enerji seqmentində baş vermədi. Eyni zamanda respublikamızda irimiqyaslı iqtisadi islahatlara başlanıldı, yeni demokratik Konstitusiya qəbul edildi, senzura ləğv edildi və ölkəmizə iqtisadiyyatımızın ən cəlbedici sektoru olan İnvestisiyaların cəlb edilməsinə başlanıldı.
Bu müddət ərzində Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və enerji sektoruna əlavə investisiyalar yatırıldı.
Onu da qeyd edək ki, bu ilki tədbir onunla da əlamətdardır ki, respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu müqavilə ilə Azərbaycanda yeni neft strategiyasının və bugünkü sürətli inkişafının əsası qoyulub. Müqavilədən bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Ümummilli Lider  Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən biri kimi qiymətləndirərək deyib. "Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də  təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz investorlarla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır. Və bundan sonra da ən azından 30 il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 
1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan "Amoko" beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirlər və onlar bizə etibar etdilər. Üç il müddətində "Çıraq" platformasında ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Bu vaxt ərzində Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi".
Bu gün Bakı Enerji Həftəsinin Bakıda keçirilməsi onunla da əhəmiyyətlidir ki, bütün dünyanın enerji sənayesi sahəsində olan liderlər burada bir araya gəlir və  tədbirin keçirilməsi  müddətində bütün dünyanın diqqəti Azərbaycana yönəlir. Belə ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300 şirkət iştirak edir. Hər il demək olar ki, tədbirə qoşulan dövlət və şirkətlərin sayı artır. Bu il də tədbirə iştirakçıların 15 faizini təşkil edən İsveç, Hindistan və Sloveniyadan olan yeni şirkətlər qoşulub.
Sərgidə Günəş enerjisi, külək enerjisi, istilik energetikası, nüvə enerjisi, maşınqayırma  və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, süni intellekt, qazma sahəsi, neft və qaz məhsullarının istehsalı, eyni zamanda saxlanması ilə bağlı və digər bir sıra layihələr və yeniliklər  nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir".
"Şahdəniz" yatağı Azərbaycanda qaz qıtlığına son qoydu. Əvvəllər respublikamız qaz idxal edirdi. Artıq neçə vaxtdır ki, Azərbaycan qaz ixrac edir və bu getdikcə artır. Azərbaycandan artıq səkkiz ölkə qaz alır. Müəyyən olub ki, bu il ixrac 24 milyard kubmetrdən artıq olacaq. Hazırda Azərbaycanın təbii qazına ehtiyacı olan  bir neçə əlavə ölkə də Azərbaycanla danışıqlar aparır.
Sevindirici haldır ki, bir neçə ay əvvəl keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Hazırda iki layihə işlənilməkdədir,-onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir".
Bildiyimiz kimi bütün dünyada iqlim dəyişikliyi gedir. Bu, Azərbaycan üçün də böyük problemlər yaradır. Eyni zamanda Xəzər dənizini qeyd etmək olar ki, dəniz ilbə il geri çəkilir. Bunun səbəbi də dənizi qidalandıran çayların sərhədlərimizin hüdudları kənarında olmasıdır. Burada da Azərbaycanın heç bir məsuliyyəti yoxdur. Bu barədə bir tədbir görülməsə respublikamızın böyük bir fəlakətlə üzləşəcəyi qaçılmazdır.
Cənab Prezident qeyd edib ki, biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizinin qidalanması Azərbaycanda deyil. İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atırıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. 
Dövlət başçısı çıxışında eyni zamanda əlavə olaraq bildirmişdir ki, Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 07 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler bugünkü son xəbərlər cəbhədən canlı son xeberler 2026