XİN: 'Azərbaycan dünyada tolerantlığın, dini, etnik qrupların birgəyaşayışının nümunəsidir

XİN: 'Azərbaycan dünyada tolerantlığın, dini, etnik qrupların birgəyaşayışının nümunəsidirAzərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır.
azxeber.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 18 İyun - Milli İnsan Hüquqları Günü münasibətilə bəyanatında yer alıb.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.
"Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda insan hüquqları 1995-ci il ölkə Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Bu il ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənədin təsdiq edilməsinin 25 ili tamam olur.
Ötən illər ərzində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, eləcə də ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur", - XİN-in bəyanatında vurğulanır.
2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlamış "Bakı Prosesi" çərçivəsində ölkəmizdə çoxsaylı Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib: "Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu "mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma" olaraq tanınır.
İnsan hüquqları və əsas azadlıqların təmin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə də töhfəsini verir. Azərbaycan 2006-cı ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib.
Azərbaycan Respublikasının təşəbbüsü ilə 2002-ci ildən etibarən BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" adlı qətnamə iki ildən bir dövri əsasda, Qoşulmama Hərəkatının sədri qismində irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasının (İHŞ) sessiyalarında, "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf məqsədlərinin təşviq edilməsi" adlı qətnamə İHŞ-də yekdilliklə qəbul edilmişdir.
Azərbaycanın təşəbbüsü ilə BMT İHŞ-də "Minaların insan hüquqlarına təsiri", "İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə mədəni müxtəlifliyin təşviqinin vacibliyi", "İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu" mövzularında səsləndirilmiş birgə bəyanatlar çoxsaylı dövlətlər tərəfindən dəstəklənib.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının 25-ci ildönümündə Azərbaycan Respublikası bütün insan hüquq və əsas azadlıqlarının universallığı, qarşılıqlı asılılığı və bölünməzliyi prinsiplərinə sadiq olaraq qalır".

Siyasi       Tarix: 18 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda