XİN: 'Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, texnika toplayır
Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur.
azxeber.com xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.
Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşunun yaradılmasının "ildönümü" münasibətilə qondarma "təbrik mesajı" verərək daha bir son dərəcə təxribatçı addım atıb.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ