XİN: "Ermənistan təxribatçı əməllərindən əl çəkmir"
Sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başlatdığı hərbi təxribat beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq davam etdirilir.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.
Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumatlandırılıb.
Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.
Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq. Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət olunması əsasında təmin oluna bilər", – Azərbaycan XİN-dən bildirilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı