XİN-nin müavini Avstriyaya işgüzar səfər etdi

XİN-nin müavini Avstriyaya işgüzar səfər etdi22-25 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Avstriya Respublikasına səfəri baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Səfər zamanı F.Rzayev Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində "Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan" başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə baş tutmuş görüş zamanı Azərbaycan ilə AEBA arasında inkişaf edən əməkdaşlıq münasibətləri, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadəsi, AEBA-nın texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda həyata keçirlən layihələr, o cümlədən, kənd təsərrüfatı sahəsində nüvə texnologiyalarının tətbiqi ilə əldə olunan uğurlu təcrübələr barədə geniş müzakirələr aparılıb.
BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman ilə keçirilmiş görüşdə UNOOSA ilə Azərbaycan arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərinə diqqət çəkilib. Son dövrlər Azərbaycanın kosmik sənaye sahəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevirildiyi və mühüm uğurlara imza atdığı vurğulanıb. Kosmik sənaye sahəsində dünyada ən böyük tədbir olan Beynəlxalq Avstronovtika Konqresinin Azərbaycanda keçirilməsinin bunun bariz nümunəsi olduğu bildirilib.
Səfər çərçivəsində F.Rzayev BMT-nin Vyana bölməsində "Azərbaycanın kosmik fəzada rolu: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan" başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Azərbaycanın kosmik sənaye fəaliyyətləri barədə ətraflı məlumat verib.
F.Rzayev 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olduğunu vurğulayaraq, məhz bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin Ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf etməsinin ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, məhz 50 il əvvəl, 1973-cü ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkəmiz 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.
F.Rzayev ölkəmizin müstəqilliyinin ilk illərində Ümummilli Liderin Azərbaycanın həyatında oynadığı misilsiz rol barədə məlumat verib və bu gün ölkəmizin bütün sahələrdə, o cümlədən kosmik sənaye sahəsində əldə etdiyi nailiyyətlərinin H.Əliyevin uzaqgörən siyasətinin və strategiyasının bəhrəsi olduğunu vurğulayıb.
Həmçinin, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurların işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəfəqqiyyətlə tətbiq edildiyi bildirilib.
Tədbirdə, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman, BMT-nin Vyana ofisinin icraçı direktoru adından tədbirdə iştirak edən Jean Luc Lemahieu, 74-cü Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri və Azərkosmosun departament rəhbəri Rəna Cəfərova, Beynəlxalq Astronavtika Federasiyasının keçmiş prezidenti Pascale Ehrenfreund və digər qonaqlar çıxış edib və Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərə və Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyəti vurğulanıb.

Siyasi       Tarix: 27 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele cəbhədən görüntüleri oxu.az xeberler sonxeberler