XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir
Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilib.
"Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir.
Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur.
Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.
Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır", - şərhdə qeyd olunub. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında