Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulu keçirilib.
azxeber.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tututan vətəndaş qəbulunda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və Xırdalan şəhər sakinləri iştirak edib.
Rayon əhalisi ilə mütəmadi görüşlərin keçirildiyini, Abşeronun, o cümlədən Xırdalan şəhərinin problemlərinin dərindən araşdırıldığnı, məktəb və bağçalarda sıxlığın müşahidə edildiyini bildirən Abdin Fərzəliyev rayon ərazisində görülən işlərdən və bundan sonra atılacaq addımlar barəsində ətraflı məlumat verib.
Sonra çıxış edən sakinlər şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə istirahət parkının salınmasında, tikintisi başa çatmış yaşayış binalarının təhvil alınmasında, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı