Xocalı soyqırımı ilə bağlı müraciətə Almaniyadan rəsmi cavab
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin kansler administrasiyası Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımı ilə bağlı müraciətini cavablandırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a verilən məlumata görə, məktubda dövlət kanslerinin adından müraciətə və "Onlar heç vaxt böyüməyəcəklər" kitabına görə soydaşlarımıza minnətdarlıq bildirilib. Qeyd edilib ki, əyalət rəhbərliyi hər cür müharibə və işgəncə faktlarına qarşı çıxış edir. Ümid edilib ki, Xocalı soyqırımı həqiqətləri alman federal idarəçiləri və münaqişə tərəflərinin birgə səyləri ilə üzə çıxacaq.
Bu məktub alman rəsmilərinin Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatlarının keçirdiyi mühüm tədbirlərə yüksək səviyyədə reaksiyadır.
Qeyd edək ki, Kölndə fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi yerli ictimaiyyətdə Qarabağ həqiqətləri barədə yanlış və ermənipərəst rəy formalaşmaması naminə sistemli iş aparır. Bu məqsədlə hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Almaniyanın bütün əyalət rəhbərlərinə və Bundestaqa müraciətlər, eləcə də alman və ingilis dillərində Boran Əzizin "XX əsrdə ermənilərin türklərə qarşı törətdiyi soyqırımlar", Elşad Eyvazlının "Böyüməyən uşaqlar" və Səriyyə Cəfərovanın "Onlar heç vaxt böyüməyəcəklər" kitabları göndərilir.
Xatırladaq ki, 2019-cu ildən etibarən Köln Azərbaycan Evi fəaliyyət göstərir və hazırda orada yeniyetmə və gənc soydaşlarımıza Azərbaycan dili və ədəbiyyatı tədris edilir.

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib