Xüsusi karantin qaydalarını pozan kafe və kişi salonu aşkar edildi
Xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massivdə fəaliyyət göstərən "Köhnə Faxralı" adlı kafe aşkar edilib.
Həmin obyektə baxış zamanı xüsusi karantin qaydalarına zidd olaraq vətəndaşlara xidmət edildiyi məlum olub.
Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı Xətai rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən kişi salonu aşkar edilib. Həmin salona baxış zamanı xüsusi karantin qaydalarının əleyhinə olaraq müştərilərə xidmət göstərildiyi müəyyən edilib.
Hər iki obyektin sahibi və karantin aydalarını pozan digər şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU