Xüsusi karantin rejimini pozan oyun zalı aşkarlanıb
Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən "play station" oyun zalı aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq "play station" salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı içərilərində yetkinlik yaşına çatmayan şəxs də olan 3 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Elnur Yusifov və 3 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilən barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Elnur Yusifov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.
Qeyd edək ki, "play station" salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.
Turlar.az [newsid: 0-123300]

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU