XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir
Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb.
KONKRET.az"Report"a istinadən xəbər verir ki, tədbir "Stad De Frans"da keçirilir.
Bağlanış mərasimindəki paradda Azərbaycan bayrağını Olimpiadada gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının heyətində 5-ci yeri tutan Zeynəb Hümmətova daşıyacaq.
Qeyd edək ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
İdmançılarımız yarışı 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb. Komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb. 30-cu yer Azərbaycanın olimpiadalar tarixində ən yaxşı göstəricisi olub. Belə ki, ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR