Y.Kiselyov: "Bakı Moskvanın "çaldığı havaya oynamadan", onunla yaxşı münasibətləri saxlayır
Y.Kiselyov: "Bakı Moskvanın "çaldığı havaya oynamadan", onunla yaxşı münasibətləri saxlayır"
Azərbaycan ərazilərini geri qaytardı, lakin onun kiçik bir hissəsi Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır. Rusiyalı hərbçilərin davranışları isə Azərbaycanda ciddi suallar doğurur. Bura həm müharibə cinayətkarlarının peyvənd edilməsi, həm Qarabağa girişə nəzarət, həm də 9 mayda hərbi parad keçirməyə hazır olduqları barədə məlumatlar daxildir. Zəfər Günü ölkəmizdə qeyd olunur, lakin parad heç olmasa Azərbaycan hakimiyyəti ilə razılaşdırılmalıdır...
Məşhur Rusiya və Ukrayna jurnalisti, media meneceri, siyasi icmalçı, "Ukrayna 24" kanalının televiziya aparıcısı Yevqeni Kiselev bununla bağlı Caliber.Az-a münasibət bildirib.
O, Cənubi Qafqazdakı siyasətin incəlikləri mövzusunda çox böyük bir mütəxəssis olmadığını vurğulayıb.
"Ancaq başa düşürəm ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr nə qədər yaxşı olsa da, Moskvanın Bakıya spesifik münasibəti var", - deyə, əlavə edib.
Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərini qoruyur, ancaq heç vaxt Rusiya siyasətinin farvaterində getməyib.
"Müəyyən mənada Azərbaycan postsovet məkanının bir çox ölkəsi üçün nümunədir. Bakı Moskvanın "çaldığı havaya oynamadan", müxtəlif şübhəli təşəbbüslərdə iştirak etmədən onunla necə yaxşı münasibətlər saxlamağın mümkün olduğunu göstərir". /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar